Mərkəzin açılışı olub
Bakucity.az xəbər verir ki, Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib. Bu münasibətlə BDU-da açılış mərasimi keçirilib.
BDU-nun rektor vəzifəsini icra edən, professor İradə Əliyeva mərkəzin 10 illik yubileyi ilə əlaqədar yeni avadanlıqlarla təmin olunmasını yüksək qiymətləndirib:
"2008-ci ildə Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin dəstəyilə açılan mərkəz tələbə və müəllimlərin İKT sahəsində püxtələşməsinə əsas yaradıb. Universitet əməkdaşlarının Koreyanın müxtəlif ali təhsil müəssisələrində keçirilən konfrans, seminar və treninqlərdə iştirakını təmin edib".
Tədbir çərçivəsində Milli İnformasiya Agentliyi haqqında qısa video-çarxın təqdimatı olub, qonaqlar Azərbaycan-Koreya İnformasiya Mərkəzi ilə yaxından tanış olublar.
Bakucity.az