“Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı tədbir keçirildi - FOTOLAR

“Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı tədbir keçirildi - FOTOLAR

 Suraxanı rayonu 279 saylı məktəbdə maarifləndirici tədbir keçirilib

Bakucity.az-ın məlumatına görə, ötən günkü tədbirdə məktəb rəhbərliyi ilə yanaşı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Sadıq Abbasov, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları, məktəbin kollektivi və şagirdləri və digərləri iştirak edib.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında yol hərəkəti haqqında qanunun tələbləri barədə informasiyanı yaymaq, onları maarifləndirmək, bilik və bacarıqlarını üzə çıxarmaqdır. Şöbə rəisi qeyd edib ki, tədbirin məktəbdə keçirilməsinin səbəbi budur ki, azyaşlılar, məktəblilər də yol qəzalarının qurbanı olur. Bu səbəbdən azyaşlıları, məktəbliləri maarifləndirməyə ehtiyac var.

Tədbirin sonunda fərqlənən şagirdlərə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi tərəfindən hədiyyələr təqdim olunub. Mətbuat.az-ın açıqlamasında bildirilir. 

“Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı tədbir keçirildi - FOTOLAR, fotoşəkil-1 “Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı tədbir keçirildi - FOTOLAR, fotoşəkil-2 “Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı tədbir keçirildi - FOTOLAR, fotoşəkil-3 “Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı tədbir keçirildi - FOTOLAR, fotoşəkil-4 “Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı tədbir keçirildi - FOTOLAR, fotoşəkil-5

Bakucity.az

DYP
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər