Buldakov: Bakıya gəlməyi arzulayıram

Buldakov: Bakıya gəlməyi arzulayıram

"Mən Bakının məndə yaratdığı təəssürat altındayam"

Bakucity.az-ın məlumatına görə, bu fikirləri Media.az saytına müsahibəsində Rusiya Federasiyasının xalq artisti Aleksey Buldakov səsləndirib.

“Bu sadəcə istək deyil, Bakıya gəlmək mənim arzumdur”, - deyə aktyor bildirib. 

Artistin sözlərinə görə, o sonuncu dəfə Bakıda 12-15 il əvvəl olub:

“Çəkilişlər var idi. Mənim indiyə qədər şəhər və insanlar barəsində xoş xatirələrim qalıb. Arzu edirəm Bakı daha da inkişaf etsin və ucalsın”, - deyə o müsahibəsində bildirib.

Bakucity.az

Aleksey Buldakov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər