Bakıda 10 yaşlı uşaq zəhərlənmədən öldü - Anası komadadır

Bakıda 10 yaşlı uşaq zəhərlənmədən öldü - Anası komadadır, Javid

Ailənin qril yeməyindən zəhərləndiyi iddia olunur.

Bakucity.az xəbər verir ki, Bakıda bir ailənin üzvləri zəhərlənib. Hadisə dekabrın 1-i səhər saat 09 radələrində baş verib.

Keşlə qəsəbəsində yaşayan 10 yaşlı Mərdanzadə Fateh və onun atası Mərdanov Murad, anası Mərdanova Məlahət  zəhərləniblər.

Azyaşlı Fateh evdə vəfat edib, valideynləri isə xəstəxanaya yerləşdiriliblər. M.Mərdanovanın komada olduğu bildirilir.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Onların zəhərlənməsinin səbəbi ekspertizanın nəticəsindən sonra bəlli olacaq. Lakin ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, onlar qril yeməyindən zəhərləniblər.

Bakucity.az

Bakıda zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər