Paytaxtda ağır qəza: 4 nəfər ölüb

Paytaxtda ağır qəza: 4 nəfər ölüb

Sürücü və sərnişinlər həlak olub.

Bakucity.az xəbər verir ki, hadisə Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb. Namiq Zülfüqarovun idarə etdiyi “Chevrolet” markalı, 90 RR 974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi "Kamaz" markalı, 27 BM 301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüblər. Digər sərnişin Qəribov Emin isə yaralı halda xəstəxanaya yerləşdirilib. Məlumatı Report yayıb. 

Faktla bağlı cinayət işi başladılıb. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər