Bakı əhalisinin sayı açıqlandı - STATİSTİKA

Bakı əhalisinin sayı açıqlandı - STATİSTİKA, Javid

Bir kvadrat kilometrə düşən əhali sayı 1 062 nəfərdir

Bakucity.az xəbər verir ki,  bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273,9 min nəfərə çatıb.

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 1 062 nəfər olub. Trend-in məlumatında bildirilir. 

Cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22 494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1 000 nəfərinə 13,3 təşkil edib. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.

Bakucity.az

Bakı əhalisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər