Bankdan yarım milyon dollar oğurlayanın Bakıda məhkəməsi başladı

Bankdan yarım milyon dollar oğurlayanın Bakıda məhkəməsi başladı, Javid

Əmanətçilərin hesabından pulu öz kartına köçürüb

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bankdan əmanətçinin yarım milyona yaxın pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin məhkəməsi  başlayıb. 

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 4-də davam etdiriləcək. 

İttihama görə, "Bank of Baku"nun Nərimanov rayonunda yerləşən ofisinin texnoloji proseslər şöbəsinin baş eksperti Elqar Vəliyev əmanətçilərin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb.

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər