Dünyanın 20 ölkəsi təmsil olunacaq
Bakucity.az xəbər verir ki, sabahdan dekabrın 7-nə qədər Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı (Bakutel 2018) keçiriləcək.
Sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. Həmçinin, ekologiya, qonaqpərvərlik, mühasibatlıq və s. kimi müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni ideyalarını təqdim edəcən 100-ə yaxın azərbaycanlı startapçılar təqdim olunacaq.
“Bakutel 2018” ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendlərini təqdim edəcək.
Bundan əlavə, banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq, “B2B” formatlı görüşlər təşkil ediləcək.
“Bakutel 2018” təmsil etdiyi qurumun, Beynəlxalq Telekommunikasiya İttifaqının, Regional Rabitə Birliyinin, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. "Report"
Bakucity.az