Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 8 yanvarda keçiriləcək
Bakucity.az xəbər verir ki, 2019-cu ilin ilk hərracına 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyət olmaqla ümumilikdə 147 dövlət əmlakı satışa çıxarılıb.
Hərraca çıxarılan bu növ dövlət əmlaklarının 30-u Bakıda yerləşir. Ümumi faydalı sahəsi 12 kv.m və 214 kv.m intervalında olan obyektlərdən biri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşir.
Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Trend.az
Bakucity.az