Bununla bağlı qızın anası danışıb
Bakucity.az xəbər verir ki, Bakıda itkin düşən 20 yaşlı qız tapılıb. Bu barədə qızın anası A.Rüstəmova Trendə bildirib.
Qadının dediklərinə görə, qızı Müjgan Məmmədova evə xəbər vermədən rəfiqəsigilə gedib. Hadisə ilə bağlı polisə məlumat veriləndən sonra isə qız tapılıb.
Qeyd edək ki, hadisə Nərimanov rayonunda qeydə alınmışdı. Rüstəmova Aynur polisə müraciət edərək, noyabrın 30-u səhər saatlarında qızı M.Məmmədova yaşadığı evdən çıxaraq itkin düşdüyünü bildirmişdi.
Bakucity.az