Paytaxtda 6 nəfər liftdə qalıb

Paytaxtda 6 nəfər liftdə qalıb, Javid

FHN əməkdaşları liftdə qalan şəxsləri xilas ediblər

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Bakucity.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Digər məlumata əsasən, Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. FHN əməkdaşları liftdə qalan şəxsləri xilas ediblər.

Bakucity.az

FHN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər