Qala-Pirallahı yolunda daha bir ağır qəza baş verib
Bakucity.az xəbər verir ki, ötən gün həmin yolda "VAZ 21099” markalı avtomobil 25 yaşlı oğlanı vurub. Ağır xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Dekabrın 2-nə keçən gecə isə həmin yolda – "Zirə Bio Market”in qarşısında "Chevrolet Aveo” markalı avtomobil yük maşınına çırpılmış, nəticədə 4 gənc oğlan vəfat etmişdi.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Məlumatı publika.az yayıb.
Bakucity.az