Bakıda universitetdə hadisə: tələbə yoldaşını bıçaqladı

Bakıda universitetdə hadisə: tələbə yoldaşını bıçaqladı, Javid

Pedaqoji universitetdə bıçaqlanma hadisəsi baş verib

Bakucity.az xəbər verir ki, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasında 3-cü kurs tələbəsi İbrahimov Rəşad tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu xəstəxanaya aparılıb.

Yaralı tələbə Yusif Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. Məlumatı publika.az yayıb. 

Bakucity.az

Bıçaqlanma Pedaqoji Universitet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər