Xətaidə narkobaron saxlanılıb - Foto

Xətaidə narkobaron saxlanılıb - Foto

Faktla bağlı araşdırma aparılır

Bakucity.az xəbər verir ki, Xətai Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Ceyhun Məmmədov narkotik vasitələrinin satışında şübhəli bilinərək saxlanılıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun üzərində 15 qrama yaxın heroin, həmçinin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Xətai rayonunda kirayədə yaşadığı evdə isə 445 qram heoin, 47,666 qram metamfetamin, 1,709 qram marixuana və elektron tərəzi aşkarlanıb.

C.Məmmədov ifadəsində narkotik vasitələri Zaur adlı şəxsdən satmaq məqsədi ilə 10 min manata aldığını deyib.

Keçirilən əlavə əməliyyat nəticəsində, üzərində 525 qram heroin, 50,125 qram tiryək və 31,020 qram metamfetamin aşkarlanan Cəlilabad rayon sakini Zaur Məmmədov Qaradağ rayonu ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. 

Bakucity.az

Bakı narkobaron
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər