Konfranslarda ölkənin tanınmış simaları çıxış edəcəklər
Bakucity.az xəbər verir ki, paytaxtda TEDxBEU konfransları fəaliyyətə başlayacaq. Bu barədə qurumun Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Konfransların hədəf auditoriyası 18-25 yaş arası universitet tələbələri, iş adamları, sahibkar və ya təşəbbüskarlardır.
Artıq konfransda çıxış edəcək spikerlərin kimliyi də bəlli olub.
Spikerlər:
- Samir Kərimov
Samir Kərimov həmtəsisçisi olduğu İnteraktiv Reklam ve Veb Studiyasında (Puzzle Ajans) aparıcı proqramçı və bir sıra tədris mərkəzində təlimçi olaraq fəaliyyətini davam etdirən tanınmış web proqramçıdır. 2015-ci ildən etibarən isə o, “Code Academy”-də aktiv iş həyatına davam edir. Samir Kərimov Proqramlaşdırma tədris proqramının rəhbəridir.
- Məmməd Kərim
Məmməd Kərim, Azərbaycanlı sahibkar, “Khazar Ventures” və “SUP Accelerator” şirkətlərinin həmtəsisçisidir. Onun böyük layihələri müxtəlif ölkələrdə, Türkiyə, Belçika, ABŞ`da fəaliyyət göstərir. Eyni zamanda o, ölkəmizdə iki online media kanalının və “Digital Marketing İnstitute”-nin yaradıcısıdır.
- Seymur Rəsulov
Seymur Rəsulov, tanınmış publik spiker, blogger, təlimçi, motivasiya kouçu və səyyahdır. Eyni zamanda, o, “Saymore Training and Development” şirkətinin qurucusudur.
- Rəsul Həsənov
Tanınmış qrafik-dizayner Rəsul Həsənov peşəsi üzrə müxtəlif sahələrdə, Kapital Bank, Cool Agency kimi şirkətlərdə çalışmışdır. Hal-hazırda yaradıcısı olduğu “Meteor” şirkətinin eyni zamanda kreativ direktorudur.
- Rafiq Əliyev
Əliyev Rafiq texnika elmləri doktoru professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının sabiq müdiri, MBA proqram direktorudur.
"Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidentidir.
- Tural Yusifov
Yusifov Tural (Dj Tural) — azərbaycanlı radio aparıcı, blogger, jurnalistdir. Netty 2016, MilliNet Milli internet, Bomba Mükafatlarının qalibi olan Tural bəy yol hərəkəti ilə bağlı "AvtoStop" layihəsinin müəllifi və aparıcısıdır.
- Leyla Əliyeva
Tanınmış aparıcı Leyla xanım Əliyeva Azərbaycan kanalı İTV`də sosial-ictimai, incəsənət, əyləncə və s. kimi müxtəlif mövzulu verlişlərin aparıcısıdır. 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsində aparıcı kimi çıxış etmişdir.
- Jalə Ələkbərova
Jalə Ələkbərova gənc və həvəskar səyyahdır. Eyni zamanda “uzaqsahillərdə.az” blogunun müəllifidir. Hal- hazırda “Winter Park” oteldə çalışır.
Performerlər:
- Diana Haciyeva “Dihaj”
Diana Hacıyeva Azərbaycanlı müğənni və bəstəkar, Bəri bax kollektivinin solistidir. O, eyni zamanda musiqiçi dostları ilə birlikdə təşkil etdiyi Dihaj qrupunun solistidir. Diana "Skeletons" mahnısı ilə Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
- East or West
“East or West” qrupu tar, kamança və qarmonun möhtəşəm harmoniyasını dünyaca məhşur, eləcə də milli mahnılarla əks etdirən üç azərbaycanlı gənc tərəfindən yaradılmış qrupdur.
Konfransların keçiriləcəyi yer və tarix haqqında yaxın müddətdə məlumat veriləcək.
Ətraflı informasiya üçün TEDxBEU`nun İnstagram və Facebook hesablarına daxil olun:
https://www.instagram.com/tedxbeu/?hl=en
https://www.facebook.com/TEDxBEU-2240080316033891/
Bakucity.az