Bakı məktəblərində inqilabi dəyişikliklər olacaq - QƏRAR

Bakı məktəblərində inqilabi dəyişikliklər olacaq - QƏRAR, Javid

Ölkə məktəbləri ilə bağlı mühüm qərarlar qəbul olunub

Bakucity.az xəbər verir ki, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində məktəblərlə bağlı mühüm qərarlar qəbul olunub. 

Qanun layihəsinin 13.19-cu maddəsinə əsasən “Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar”.

Həmçinin  şagirdlərin Təhsil Nazirliyinin müəyyənləşdirdiyi məktəbli formalarını geyinmələri nəzərdə tutulub. 

Nəzərdə tutulan digər maddəyə görə isə, Azərbaycanda məktəblərə istehsalat və xidmət sahələri yaratmaq imkanı veriləcək. 

Belə ki, qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir", - qanun layihəsində deyilir. 

Bakucity.az

bakı məktəbləri islahatlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər