Tələbələr arasındakı bıçaqlanma hadisəsinə rəsmi münasibət bildirildi

Tələbələr arasındakı bıçaqlanma hadisəsinə rəsmi münasibət bildirildi, Javid

Universitetin mətbuat xidməti açıqlama verib

Bakucity.az xəbər verir ki, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetində baş verən qanlı hadisəyə təhsil ocağı münasibət bildirib.

Yenicag.az-a açıqlama verən mətbuat xidmətinin rəhbəri Mansur İbrahimov hadisəyə belə aydınlıq gətirib:

“İki tələbə arasında münaqişə baş verib, mübahisə zəminində 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Polisin araşdırmasından sonra universitet rəhbərliyi qanun çərçivəsində ölçü götürəcək”.

Bakucity.az

Bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər