Bakıda yenicə ailə quran cütlük ölümdən döndü - FOTO

Polis əməkdaşları gənc ailəni xilas edib

Bakucity.az xəbər verir ki, Suraxanı rayonunda noyabrın 25-də ailə quran gənclər dəm qazı boğulmasından xilas edilib.

DİN-dən verilən məlumata görə, dekabrın 2-də Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsi V yaşayış massivi, ev 16, mənzil 33-dən qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə yollanan bölmənin sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev vəziyyətə operativ qiymət verərək evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Bundan sonra polislər qonşuların iştirakı ilə ikinci mərtəbə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar.

Bu zaman polislər mənzildə Toğrul Hidayətzadə və onun həyat yoldaşı Ayselin halsız vəziyyətdə aşkar edərək onlara ilkin tibbi yardım göstəriblər. Təcili tibbi yardım gələnə qədər qədər polis kapitanı N.Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.

Daha sonra hər iki şəxs 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. Artıq dəm qazından zəhərlənən şəxslərin həyatına heç bir təhlükə yoxdur və onlar özlərini normal hiss edirlər.

Dəm qazından zəhərlənən şəxsləri xilas edən əməkdaşlardan biri, polis kapitanı N.Əzizov “Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi”nə həsr olunmuş “Ən yaxşı polis sahə inspektoru” nominasiyasında keçirilmiş müsabiqədə 2-ci yeri tutub və nazirliyin rəhbərliyi tərəfindən xüsusi doplomla təltif edilib.

Bakucity.az

Dəm qazı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
85 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
Qadın Cinayət Məcəlləsinin 243-cü madəsi ilə təqsirləndirilir Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan qadın polis əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri i...
Mədəniyyət
Bakı teatrlrında qiymətlər belədir: Bakucity.az Bakıda fəaliyyət göstərən teatrların bilet qiymətləri təqdim edirir. Akademik Milli Dram Teatrında biletlərin qiyməti 6-10 AZN arası dəyişir. Azərbaycan Dövlət Musiqili Teatrında uşaqlar üçün 6, böyüklər üçün isə biletlərin qiyməti 8-10 manatdır. Uşaqlar üçün Yeni İl şənliyinin qiymətinə hədiyyə daxil olmaqla 8 manatdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uşaqlar üçün biletin qiymətləri 5,6,7...
İdman
"Bakıdakı finala biletlər bir qədər ucuz olacaq" Bakucity.az xəbər verir ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının biletlərinin satışa çıxarılacağı tarix və qiymətləri açıqlnıb.  Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Həlledici qarşılaşmanın ən ucuz bileti 35, ən bahalısı isə 130 avro olacaq deyə o, bildirib: "1 və 4-cü katiqoriya biletlərin satışında fərq var. Ötən il Fransanın Lion şəhərində keçirilmiş final oyu...
Biznes
Bakıda kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb Bakucity.az-ın məlumatına görə, tədbir öncəsi kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, biznes-forum türk iş adamlarını Azərbaycanın aqrar sektoruna cəlb etmək məqsədi daşıyır. O, həmçinin, ötən gün Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə keçirdiyi görüşdə iki ölkə arasında əməkdaşlıq üçün bir sıra priori...
Ekologiya
Bakıda 13 dərəcə isti olacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əv...
Hadisələr
Ər-arvadın hiyləsi baş tutmayıb Bakucity.az xəbər verir ki, Bakı hava limanında Baş Gömrük İdarəsi əməkdaşları xeyli sayda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bunu da oxu: Bakıda siqaretin qiyməti bahalaşacaq Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğ...
Ekologiya
Nazirlik xəbərdarlıq edib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 14-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv o...
Hadisələr
Piyada hadisə yerində ölüb. Bakucity.az xəbər verir ki, Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən rayon sakini sərnişin qatarı ilə vurulub. DİN-dən verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən Balacaşahağacı kənd sakini Tahir Qəhrəmanov Astara-Bakı sərnişin qatarı ilə vurulub və nəticədə piyada hadisə yerində ölüb. Araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib Bakucity.az-ın məlumatına görə, aksiya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə  “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbir fiziki imkanları məhdud uşaq və yeniyetmələrə həsr olunub. Tədbirin açılışında “Yeni Həyat” İctimai Birliyinin sədri Nailə İsmayılova qeyd edib ki, yardım və dəstəyə ehtiyacı olan i...