Bakı avtobuslarında və taksilərində mühüm yenilik olacaq - QƏRAR

Bakı avtobuslarında və taksilərində mühüm yenilik olacaq - QƏRAR

Yeni kart sistemi tətbiq olunacaq.

Bakucity.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, ölkədə bütün sərnişindaşımada yeniliklər gözlənilir.

Onun sözlərinə görə, sərnişindaşımada vahid bilet sistemi və taksi xidmətində vahid platformanın yaradılması istiqamətində işlər aparılır: "Bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir”.

Hazırda “Bakıkart”ın mövcud olduğunu xatırladan H.Həsənov bildirib ki, bütün ölkə üzrə sərnişindaşıma ilə bağlı vahid kartın istifadəyə verilməsi planlaşdırılır: "Respublika üzrə bilet sisteminin yaradılması və gələcəkdə yerüstü nəqliyyat vasitələrinə inteqrasiyası nəzərdə tutulur. Respublikada vahid bilet sisteminin olmasının bir sıra üstünlükləri var. Bu, daşıyıcıların özlərinə də xeyirdir". Xəbəri Report yayıb. 

Bakucity.az

Sərnişin avtobusu taksi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər