Ceyhun Hacıbəylinin varisləri Bakıya gəlir

Ceyhun Hacıbəylinin varisləri Bakıya gəlir

Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir

Azərbaycanın tanınmış şəxsiyyətlərindən biri olan Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Bakıya gəlir.    

Bununla bağlı Bakucity.az-a Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitənin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.

Bakucity.az 

Ceyhun Hacıbəyli varisləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər