“Qarabağ” - “Keşlə” matçında mövsümün rekordu qeydə alındı

“Qarabağ” - “Keşlə” matçında mövsümün rekordu qeydə alındı

“Qarabağ” cari mövsümdə bu nəticəni göstərən ilk komandadır

Bakucity.az xəbər verir ki, Ağdam təmsilçisinin 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşma çempionatın ən məhsuldar oyunu olub. Azarkeşlər 6 qol izləyib.

“Qarabağ” cari mövsümdə bir oyunda 5 qol vuran ilk komandadır. “Keşlə”nin qapısından 3 top keçirən Mahir Mədətov isə mövsümdə ilk het-trik edən oyunçudur. 

Son ölkə çempionu mövsümün ən böyükhesablı qələbəsini də təkrarlayıb. Çempionatda 3-cü dəfə 4 top fərqi qeydə alınıb. Bunadək “Neftçi” “Səbail”i, “Səbail” isə “Sabah”ı 4 cavabsız qolla məğlub edib.

BakuCity.az

"Qarabağ" futbol cari il
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər