Bakıda havanı çirkləndirdiyinə görə vəzifəli şəxs cərimələndi

Bakıda havanı çirkləndirdiyinə görə vəzifəli şəxs cərimələndi

O, havanı çirkləndirdiyinə görə 2500 manat ödəməlidir

BakuCity.az xəbər verir ki, Binəqədi rayonu, C.Xəndan küçəsində fəaliyyət göstərən metalkəsmə sexindən atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub. 

Nazirlik tərəfindən keçirilən monitorinq və analizin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Cavabdeh şəxs İlqar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

BakuCity.az

Ekologiya cərimə 2500
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər