Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq, Javid

Sürücülərdən qaydalara riayət edilməsi istənilir

Bakucity.az xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 94-cü km-də yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində 5 dekabr tarixindən etibarən 1 ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir.

Bakucity.az

Yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər