"Neftçi" heyətinə yeni legioner futbolçular cəlb edəcək

 "Neftçi" heyətinə yeni legioner futbolçular cəlb edəcək

"Klubdan gedəcək futbolçular da ola bilər”

Qış “transfer pəncərəsi” yaydan fərqlənir. “Neftç” qış fasiləsində güclənə bilər. Avropada cəmi 6-7 ölkədə çempionat yaz-payız sistemi ilə keçirilir, lakin biz axtarışdayıq və bir neçə futbolçu ilə danışmışıq”.

BakuCity.az xəbər verir ki, bunu “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev bildirib:

“Heç kimlə müqavilə bağlamamışıq, lakin danışdığımız futbolçuların Bakıya gəlişi gözlənilir. Tibbi baxış və digər məsələlər var. 2-3 əcnəbi oyunçu ola bilər. Hazırda “Neftçi”nin statusuna uyğun yerli bazarda oyunçu yoxdur. Klubdan gedəcək futbolçular da ola bilər”. 

“Neftçi” Premyer Liqada geridə qalan 13 turdan sonra 32 xalla liderdir.

BakuCity.az

"Nefçi" futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər