"Neftçi" rəsmisinə ağır cəza verildi

"Neftçi" rəsmisinə ağır cəza verildi, Javid

AFFA-nın İntizam Komitəsi qərar çıxarıb

Bakucity.az xəbər verir ki, “Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb.

Bu barədə qərar İK-nın bugünkü iclasında verilib.

C.Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub.

Matçın 33-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində “Sabah”ın futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matç cəzalanıb, klub 200 manat cərimələnib.

Qarşılaşmanın 84-cü dəqiqəsində “Neftçi”nin  futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah”ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaq klub  tərəfindən ödəniləcək.

Bakucity.az

Neftçi FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər