"Vəziyyəti düzəltmək üçün ciddi işlər aparılır".
Bakucity.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, Azərbaycanda sərnişindaşımalarla bağlı narazılıqların olduqlarını bilirik. Vəziyyəti düzəltmək üçün ciddi işlər aparılır.
Onun sözlərinə görə, bu işlər çərçivəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksində İntelektual İdarəetmə Qovşağı qurulacaq və yaxın vaxtlarda istifadəyə veriləcək.
"Bu qovşaq sərnişindaşıma sahəsində hab funksiyasını yerinə yetirəcək. Hələlik pilot layihə kimi tətbiq ediləcək və tədricən digər yerlərdə də belə qovşaqlar olacaq", - deyə o, qeyd edib. məlumatı Report yayıb.
Bakucity.az