İlham Əliyev məşhur futbolçu ilə görüşdü - FOTO

İlham Əliyev məşhur futbolçu ilə görüşdü - FOTO, Javid

Pires gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar.

Prezident İlham Əliyev sərgi çərçivəsində məşhur futbolçu, fransız Robert Pireslə görüşüb. 

Pires gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.

Robert Pires prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.

Bakucity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər