Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib
Bakucity.az xəbər verir ki, Xətai rayonu, X.Məmmədov küçəsi ev 9, mənzil 23-də yaşayan, "Nan" şokalad şirkətində ekspeditor işləyən 1987-ci il təvəllüdlü Salahov Vaqif polisə müraciət edərək bildirib ki, noyabrın 4-də gecə saatlarında Zeytun bağları küçəsi 2/1 saylı ünvanda özünə məxsus avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan 4 nəfər naməlum şəxs onu saxladaraq zorla maşından düşürüb.
Həmin şəxslər ona bıçaqla xəsarət yetirərək 3572 manatı götürüb və hadisə yerindən qaçıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi başlanıb.
Bakucity.az