Gömrük Xidmətinin sabiq sədri Bakı hava limanında saxlanıldı - FOTO

Gömrük Xidmətinin sabiq sədri Bakı hava limanında saxlanıldı - FOTO, Javid

Adamkul Junusov “İnterpol” xətti ilə axtarışda olub

Bakucity.az xəbər verir ki, Qırğız Respublikasının “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb. Məlumatı Report yayıb.

Gömrük Xidmətinin sabiq sədri Bakı hava limanında saxlanıldı - FOTO, fotoşəkil-1

Bakucity.az

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər