Paytaxtda Xəzər İnnovasiya Konfransı keçirildi

Paytaxtda Xəzər İnnovasiya Konfransı keçirildi

Tədbirdə nazir çıxış edib

Bakucity.az xəbər verir ki, Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı (“Bakutel-2018”) çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilib.

Tədbir “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzuları əhatə edib.

Konfranda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  bildirib ki, Strateji Yol Xəritəsinə əsasən 2020-ci ilə qədər 700-800 MHz tezlik diapazonunun LTE xidmətləri üçün ayrılması nəzərdə tutulur: “Hazırda bununla bağlı texniki hazırlıq işləri aparılır, həmçinin beynəlxalq təcrübəyə əsasən radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Aşağı tezlik diapazonun hərracn əsasında LTE xidmətləri üçün ayrılması telekommunikasiya operatorlarının investisiya xərclərini azaldacaq, telekommunikasiya bazarının daha da liberallaşmasına və LTE texnologiyalarının geniş tətbiqinə şərait yaradacaq”.

Qeyd edək ki, Xəzər İnnovasiya Konfransının bundan sonra hər il “Bakutel-2018” çərçivəsində keçirilməsi planlaşdırılır. məlumatı Report yayıb. 

Bakucity.az

Xəzər İnnovasiya Konfransı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər