Bakıda atasını baltalayan qız həbsdən qurtuldu

Bakıda atasını baltalayan qız həbsdən qurtuldu, Javid

Qız psixatiriya xəstəxanasına göndərilib.

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Müttəhimə hökm oxunub. Məhkəmə A.Həbibovanın anlaqsız vəziyyətdə cinayət törətdiyi qənaətinə gəlib. Buna görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. 

A.Həbibova 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib. 

Cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində baş verib. A.Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub.

C.Salxakinə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Daha sonra A.Həbibova polis  tərəfindən saxlanılıb.

Ona qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham elan edilib. 

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər