Bakı meriyasından bağçalardakı ödənişlə bağlı açıqlama

Bakı meriyasından bağçalardakı ödənişlə bağlı açıqlama

Uşaqlar növbəlilik əsasında qəbul olunacaqlar

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib ki, dövlət bağçalarında aylıq ödəniş nəzərdə tutulmur: 

 “Bakı Şəhər İcra Hakimiyyətinə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı müəyyən şikayətlər daxil olur. Vətəndaşlar müəssisəyə müraciət edirlər və bəzi hallarda qərəzli şəkildə “yer yoxdur” cavabı alırlar. Elektron formata keçdikdən sonra bunun qarşısı alınacaq, bu sahədə tam şəffaflıq olacaq. Yəni, vətəndaşlar elektron qaydada müraciət edəcəklər, uşaqlar növbəlilik əsasında qəbul olunacaqlar. Şəffaflığı inzibati üsullarla təmin etmək olmur. Ona görə də elektron formanın tətbiqi məqsədəuyğun hesab edilir”.

O, məcburi köçkünlərin yerləşdirildiyi bağçaların qeydiyyatının aparıldığını bildirib: “Hazırda Bakıda 720 məcburi köçkün ailəsi bağçalarda yerləşdirilib. Həmin bağçaların qeydiyyatı aparılıb, müvafiq işlər tədbirlər görüləcək. Yaxın vaxtlarda bu məsələ həllini tapacaq”. Xəbəri Report yayıb.

Bakucity.az

Uşaq bağçası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər