Bakıya müstəntiqlər qrupu göndəriləcək.
Bakucity.az xəbər verir ki, Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun Bişkekə qaytarılması ilə bağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.
Bunu ölkənin Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən bildirilib.
Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsinin xidməti 304-cü maddəsi (vəzifəsindən sui-istifadə) ilə ittiham olunur. Report-un xəbərində deyilir.
Bakucity.az