Bakıda qadınların qənimi olan cibgirlər ələ keçdi - FOTO

Bakıda qadınların qənimi olan cibgirlər ələ keçdi - FOTO

Cibgirlərin üstündə narkotik maddə də aşkarlanıb

BakuCity.az xəbər verir ki, ötən ay Bakının Xətai rayonunda 2 qadının çantasından pul və qiymətli əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar, Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, T.Hüseynovdan 0,159 qram, V.Babayevdən isə 0,172 qram heroin götürülüb.

Keçirilən əlavə tədbir nəticəsində məlum olub ki, onlar dekabrın 3-də 40 saylı marşrutda Bakı şəhər sakininə məxsus mobil telefon da oğurlayıblar.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

BakuCity.az

Cibgirlər qadın qənim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər