121 qurumuş ağac çıxarılaraq yeniləri ilə əvəzlənib
BakuCity.az xəbər verir ki, paytaxtda yaşıllıqların artırılması, şəhərin estetik görünüşünün gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi üçün aksiya keçirilib.
Nazirlikdən verilən xəbərə görə, 21 noyabr 2018-ci il tarixindən başlanan aksiyalarda rayon icra hakimiyyətləri ilə birgə Azadlıq və Babək prospektlərində, H.Əliyev, M.Sənani, S.Vəzirov, Cavanşir, Salamzadə, Cavadxan, İ.Dadaşov, R.Rüstəmov, H.Zərdabi, Nizami, S.Cəfərov və A.İldırım küçələrində, Bakı-Qazax dairəvi yolunun yaxınlığında və Atçılıq kompleksinin ərazisində 121 qurumuş ağac çıxarılaraq yerində 1700-ə yaxın yeni ağac əkilib.
BakuCity.az