BakuCity.az Yeni İl ilə bağlı xüsusi layihəyə start verdi

BakuCity.az Yeni İl ilə bağlı xüsusi layihəyə start verdi, Javid

Layihə sakinlərin Yeni İli daha yaxşı keçirməsi üçün nəzərdə tutulub

Yeni İl ənənə və əhval-ruhiyyə baxımından ən maraqla, ən həvəslə gözlənilən bayramlardan biridir. Xüsusilə Yeni İl əhval-ruhiyyəsi insanların könlünü oxşayır!

Evlər, küçələr, ticarət mərkəzləri, restoran və kafelər bəzədilir, Yeni İl işıqları şəhər sakinlərinə bayram ovqatı yaşadır. 

Bu xüsusi bayramı nəzərə alaraq Bakucity.az "Yeni İl 2019" adlı layihəyə başlayıb. Layihə Bakı sakinlərinin ilin əsas bayramını daha yaxşı keçirməsinə töhfə verəcək. 

Xüsusi Layihə çərçivəsində oxucularımıza paytaxtda bayramın keçirildiyi məkanlar,  hədiyyə seçimləri, bayram libasları, obrazları, tədbirlər, istirahət yerləri haqqında ətraflı məlumat veriləcək.

Daha ətraflı bu keçiddən məlumat ala bilərsiniz: Yeni İl 2019

Bakucity.az

Bakucity.az Xüsusi Layihə Yeni İl 2019
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər