Paytaxtda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

Paytaxtda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq, Javid

Avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bakucity.az xəbər verir ki, Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, “ASAN Xidmət” mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan sabah səhər 05:00-dək (altı saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 

Bakucity.az

Yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər