Bakı kəskin əhali artımını qarşılamağa qadirdirmi? – ARAŞDIRMA

"1 il sonra Bakı tıxaclara tab gətirə bilməyəcək"

Son statistik göstəriciyə görə Bakı əhalisinin sayı 11,3 min nəfər artaraq 2 milyon 273,9 min nəfərə çatıb. Bu o deməkdir ki, paytaxtda bir kvadrat kilometrə 1 062 nəfər düşür. Bu hələ paytaxtda rəsmi qeydiyyat üzrə yaşayanların statistikasıdır. Qeyri-rəsmi yaşayanları bu rəqəmin üzərinə gələndə, olduqca böyük say ortaya çıxır. Bəs Bakı bu qədər əhali yükünü qarşılamağa qadirdirmi? 

Məsələ ilə bağlı Bakucity.az araşdırma aparıb. Materialı oxucularımıza təqdim edirik.

Fazil Mustafa: “Bakını çətin vəziyyət gözləyir!”

Bakıda əhalinin artımına səbəb olan məsələlərlə bağlı saytımıza şərh verən millət vəkili Fazil Mustafa paytaxtın həddən artıq yükləndiyini və bu gedişlə şəhərin tamamilə iflic olacağını bildirib:

“Bakını çətin vəziyyət gözləyir! Çünki rəsmi əhali sayından başqa, gecəqonduların artması şəhərin yükünü ağırlaşdırıb. Bu ərazilərdə yaşayanların böyük əksəriyyəti işsizdir və ciddi maddi sıxıntıları var. Rayonlarda isə yalnız büdcə təşkilatlarında işləyənlər gündəlik həyatlarını nisbətən normal təmin edə bilirlər. Digərlərinin isə belə bir imkanı yoxdur”. 

“İnsanları çölə tökə bilmərik, amma paytaxtın “gecəqondulaşma” problemi öz həllini tapmalıdır – deyən millət vəkili fikrini belə davam etdirib: Bölgələrdən gələn insanlar Bakı bağlarında qarovulçuluq, fəhləlik, bağbanlıq edərək yaşayırlar. Bunlar həm də vergidən yayınan təbəqəni təşkil edir, amma insanlar əlacsızdırlar,  gündəlik çörəkpulu qazanmalıdırlar. Halbuki onlardan birisi yaxşı fermer də ola, daha çox pul qazana bilərdi. Bu insanların şəhərdə belə sıxıntı içində yaşamasına biz niyə göz yummalıyıq? Onların  evlərinə qayıtmasına, daha çox gəlir əldə etməsinə şərait yaratmalıyıq”.

Fazil Mustafa paytaxta axınının qarşısını almaq üçün təklif də irəli sürüb:

"Regionlara qayıdışla bağlı konkret proqram yoxdur, amma regionların inkişafı proqramı var, bu da uzun illərdir Azərbaycanda tətbiq olunur. Regiona qayıdış isə bizim təklifimizdir. Lakin bölgələrdə iqtisadi imkanları genişləndirmək, əlverişli biznes mühiti yaratmaq, vergi yükünü azaltmaq və stimullaşdırmaq lazımdır ki, regiona qayıdış reallaşsın. Burada əsas təklif kimi, regionlarda istehsalatla məşğul olan hər bir şəxsin ən azı 5 il müddətinə vergidən azad olunması təklif olunur. Sonra həmin şəxslər vergilərini mərhələli şəkildə ödəyəcəklər. Belə olarsa, hər bir istehsalçı gələcəkdə işini böyüdə bilməsi üçün ən azı 5 il imkanının olduğunu biləcək. 

Bu insanlara subsidiyalar verilir. Halbuki gübrə və s. kimi xırda ehtiyacları fermer özü də ödəyə bilər. Dövlət bəlli bir standartlar müəyyən eləməlidir ki, kəndlinin məhsulu satılsın. Nazirliklər və digər qurumlar xaricdən aldıqları məhsulları azərbaycanlı fermerlərdən alsalar, həm fermerlərin imkanları genişlənər, həm də valyuta ölkə büdcəsində qalar. Bu məsələləri kompleks həll eləmək lazımdır. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələ ilə bağlı alimlərin, siyasətçilərin, QHT-lərin iştirakı ilə böyük bir konfrans təşkil etsə, aparılan müzakirələrin nəticəsində ortaya çıxan reallıqları qanun, təkliflər, proqramlar səviyyəsində tərtib edib ölkə rəhbərliyinə təqdim etmək olar”.  

“1 il sonra Bakı tıxaclara tab gətirə bilməyəcək”

Paytaxtın ictimai nəqliyyat problemlərinə də toxunan millət vəkili Bakıda bu gedişlə vəziyyətin daha da pisləşəcəyini vurğulayıb:

“Bakıda əhali çoxluğu təbii ki, yollarda da özünü göstərir. İctimai nəqliyyat problemi getdikcə dərinləşir. Tramvaylar ləğv olunub, əlavə metroların tikintisi dayandırılıb, üstəlik hal-hazırda metrolarda havalandırma problemi də var. Maşınlara müxtəlif qadağalar qoymaqla deyil, metroya böyük vəsait ayrılmalı idi, ayrılmadı. Bu gedişlə faktiki olaraq 1 il sonra Bakı tıxaclara tab gətirə bilməyəcək. 

İstanbulda avtobusların ayrı yolu var və sərnişinlər tıxaca ilişmədən ünvana çata bilirlər. Bizdə isə ictimai nəqliyyatda bu sistem yoxdur, buna sadəcə biznes vasitəsi kimi baxılıb. İşə gecikən vətəndaş həm də səmərəli işləyə bilmir, nəticədə dövlət büdcəsinə müəyyən qədər ziyan dəyir. Hələ vətəndaşlar ünvana çata bilmək üçün əlavə vəsaitlər də xərcləməli olurlar”, - deyən millət vəkili fikrini tamamlayıb.  

Ekspert: “Bakıda ən adi şəhərsalma qaydalarına riayət edilməyib” 

Sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirəni davam etdirdik. Ekspertin sözlərinə görə, Bakıda qeydiyyatsız yaşayanları sayı kifayət qədər çoxdur:

“Bakının təqribən 3 milyona yaxın əhalisinin olduğu deyilir. Düzdür, qeydiyyatda olub xaricdə işləyən bir çox Bakı sakini var, lakin qeydiyyatda olmayıb paytaxtda yaşayanların sayı daha çoxdur. Bu adamların regionlara qayıdışınə təmin etmək isə elə də çətin məsələ deyil. Dünyanın hər yerində istifadə olunmuş təcrübəni ölkəmizdə tətbiq etmək olar. 

Elə bir şərait yaradılmalıdır ki, hər kəs öz ev-eşiyində, kəndində və yaxud rayonunda işləyə və yaşaya bilsin. Nə vaxta qədər kəndlinin öz torpağında işləməsi üçün stimulu olmayacaq, o vaxta qədər də paytaxta axın davam edəcək. 

Paytaxtın yeni Yasamal kimi elə əraziləri var ki, binalar bir-birinə bitişik tikiliblər, aralarında cəmi 1-2 kiçik söyüd ağacı görmək olur. Bu, ekoloji cəhətdən də dəhşətli mənzərədir. Bakıda adi şəhərsalma qaydalarına riayət edilməyib. Qanunsuz tikililər inşa edilib. Digərlərinin paytaxta axın etdiyini görənlər onlara qoşulurlar, beləliklə də axın daha da güclənir”.

Müşahidələr göstərir ki, paytaxta axın davam etməkdədir, buna görə də Bakının əhalisi durmadan artır. Nəticədə Bakı ilə bölgələr arasında disbalans yaranır. Mütəxəssislər paytaxtın yükünün azaldılması prosesinin sürətləndirilməli və regionlarda inkişafın artırılmalı olduğunu bildirirlər. Əks halda paytaxtda əhali çoxluğu bir çox fəsadlara gətirib çıxaracaq. 

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Araşdırma Bakı əhalisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nuru Paşa qərargah kimi Kərbəlayi Qasımın evini seçib Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub. BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Qobu kəndində qərargah qurub...
Ekologiya
Gündüz şimal küləyi əsəcək Fevralın 23-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti ola...
Hadisələr
Ofisiantın başını qatmaq üçün çay istəyiblər Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb. BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər: “Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nə...
Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Cəmiyyət
Xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəf...
Cəmiyyət
Araşdırma aparılır Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı...