Bakı avtovağzalında yeni mərkəz istifadəyə verildi - FOTO

"Şəbəkə" vətəndaşların rahatlığı üçün nəzərdə tutulub

Bakucity.az xəbər verir ki, 6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir.  

Bu mərkəzdə də nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda təqdim olunur. 

"Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya  və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı  və  turizm xidmətləri göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pulköçürmələri,  büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” – ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Yeni açılan mərkəzdə, digər şəbəkələrdən fərqli olaraq “Azercell Express” müştəri xidmətləri bölməsi də fəaliyyət göstərir. Burada “Azercell” abunəçiləri telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə əldə edə bilərlər.

Qeyd edək ki, yeni fəaliyyətə başlayan “Şəbəkə” xidmət mərkəzi sayca doqquzuncudur. 

Bütün “Şəbəkə”lər fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar, bayram  günləri  də  vətəndaşların xidmətindədir.  

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə ”Şəbəkə” layihəsinə 2017-ci ilin fevral ayından start verib.  Cari ilin 11 ayı ərzində respublika üzrə fəaliyyət göstərən  mövcud 8 “Şəbəkə” Xidmət Mərkəzinə  930 min nəfərə yaxın insan müraciət edib. Gələcəkdə ölkənin bütün böyük şəhər və rayonlarında, eyni zamanda paytaxtda yeni mərkəzlərin açılması planlaşdırılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
7 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Türkiyə vətəndaşı azərbaycanlı qadına qarşı dələduzluq edib Bakucity.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Piriyeva Şəhla Sabir qızı polisə müraciət edərək bildirib ki, 2018-ci ilin fevral ayında Türkiyə vətəndaşı Mehmet adlı şəxs Amerika Birləşmiş Ştatlarına viza düzəltmək adı ilə onu aldadaraq Qara Qarayev prospekti, 64 ünvanında, "Ailə market"in qarşısında ondan 14 min dollar alıb. Fak...
Ekologiya
Çiskinli yağış yağacağı gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu tə...
İdman
“Neftçi” daha bir transferi həyata keçirib Bakucity.az xəbər verir ki, seneqallı futbolçu Mamadu Mboc ilə 2,5 illik müqavilə bağlanıb.  25 yaşlı mərkəz müdafiəçisi bu komandanın heyətində üç nömrəli formanı geyinəcək. Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə üç illik müqavilə bağlamışdı.  Bakucity.az
Hadisələr
Zahid Abbasov Agentliyə müraciət edib Bakucity.az xəbər verir ki, Dekbarın 5-də Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib.  Bunu da oxu: Sürücülərin nəzərinə: Bakıda bu yol bağlanır - FOTO Agentlikdən verilən məlumata görə, törətdiyi hadisəni etiraf edən Zahid Abbasov əməlindən peş...
Cəmiyyət
Rəsmi qurumdan növbəti açıqlama. Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospektinə qalxan yol qovşağının geri dönmə hissəsinin bağlanması təxirə salındı.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bu gün üçün Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissənin bağlanmasının təxirə salındığı bildirilib.  Hərəkətin məhdudlaşdırılması ilə bağlı yen...
Hadisələr
Maşının İcra Hakimiyyətinə məxsus olduğu müəyyənləşib Bakucity.az-ın verdiyi xəbərə görə, hadisə dekabrın 7-də Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb. Şamaxı rayon sakini, 1972-ci il təvəllüdlü Qəhrəman Ağababayev idarə etdiyi “İveco Euro Cargo” markalı 99 JF 567 nömrəli yük maşını ilə yolu keçmək istəyən piyadanı vurub. Həmin şəxs hadisə yerində ölüb. Məlum olub ki, vəfat edən piyada Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Cümşüd Kərimlidir...
Cəmiyyət
Sürücülərin alternativ yollardan yararlanması xahiş edilir Bakucity.az xəbər verir ki, bu gündən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə yol bağlanacaq. Bunu da oxu: Xırdalanda avtobus aşdı: 9 yaralı - VİDEO Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) apardığı təmir işləri ilə əlaqədar bu gündən paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerlə...
Cəmiyyət
“Bakı Metropoliteni” sərnişinlərdən üzr istəyib Dekabr ayının 10-dan “Bakmil” stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, səhər saatlarında isə “Bakmil” stansiyası sərnişinlərə 8:20-yə qədər xidmət göstərəcək. Buna qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi. “Bakı Metropoliteni” QSC-nin rəhbərl...
Hadisələr
“Nobel” prospektində ağır yol-qəza hadisəsi baş verib Bakucity.az xəbər verir ki, səhər saat 04:30 radələrində paytaxtın “Nobel” prospektində ağır yol-qəza hadisəsi baş verib.  “Toyota” markalı, 10 VA 309 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolkənarı səkiyə çırpıb.  Qəza zamanı taksidə olan dörd nəfər - 1992-ci il təvəllüdlü Hüseynov Şahin Akif oğlu, 1982-ci il təvəllüdlü Əsə...