User views view_news rubric_id news_rubric_id 1

Bakıda arvadını öldürən şəxsin məhkəməsində mübahisə düşüb

Müttəhim arvadını başqasıyla öpüşdüyünə görə öldürdüyünü deyib

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanası və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Keçirilən prosesdə hadisənin əsas şahidi Xəyyam Əsədov dindirilib.

Ötən prosesdə Ramin İsmayılov demişdi ki, keçmiş arvadını X.Əsədovla öpüşərkən görüb və buna görə də onu öldürüb.

Şahid X.Əsədov isə deyib ki, mərhum Günay İsgəndərova qızının müəlliməsi olub və tanışlıqları da belə yaranıb: "Həm də Günayın qardaşı Sənani ilə dostam. 2012-ci ildə yoldaşımdan rəsmən boşanmışam və övladım mənimlə qalıb. Günay da yoldaşından boşanmışdı. Qızımın istəyi ilə onunla ailə qurmaq üçün danışdıq və aramızda sevgi münasibətləri yarandı. Hadisə günü Sənani mənə zəng edib dedi ki, bacım evdə təkdi, ora ustalar gələcək. Xahiş elədi ki, ora gedib ustaları yola salım. Mən də həmin evə gedib 4 saat oturub gözlədim, ustalar gedəndə pulları verdim".

X.Əsədov deyib ki, həmin gün axşam saat 10-da Sənani zəng edərək getməsini istəyib: "Dedi ki, özüm gəlirəm. Mən də çıxıb evə getdim, sonra Günaya zəng etdim, telefonuna zəng çatmadı. Sənaniyə zəng elədim, telefonu açmadı. Hüseyn kişigilin evinə zəng etdim, ordan dedilər ki, Mahirə xala ilə Günay bıçaqlanıb".

Təqsirləndirilən Ramin İsmayılov isə şahidin dediklərinə belə cavab verib: "Mart ayında arvadımla barışıb rayonda yaşadığım vaxt nəyə görə məni və ailəmi ölümlə hədələyirdin?".

X.Əsədov isə onu hədələmədiyini deyib.

R.İsmayılov əlavə edib ki, X.Əsədov özünü ona "Beton" ləqəbi ilə tanıdıb və arvadını onun əlindən almaq istəyib.

Məhkəmədə gərginlik yaranıb. Xəyyam Əsədov Ramin İsmayılovu cəmi bir dəfə gördüyünü deyib: "Ramin Hüseyn dayının evinə girib oranı dağıtmışdı, onlar da polisə şikayət etmişdi. Mən də onda Günaygili maşınımla şöbəyə aparmışdım. Orada bunu görüb tanımışdım".

Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Məhkəmə prosesi dekabrın 20-də davam etdiriləcək. Report-un xəbərində deyilir. 

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Nuridə Hüseynova Heydər Əliyev Sarayında çıxış edəcək İyunun 5-də Heydər Əliyev Sarayında Əməkdar artist xanəndə Nuriyyə Hüseynovanın solo konserti olacaq. Saraydan bildirilib ki, konsertdə Nuriyyə Hüseynova repertuarında yer alan və sevilən mahnıların daxil olduğu yeni konsert proqramı ilə çıxış edəcək. Musiqili gecənin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə etmək olar. Bakucity.az
Biznes
Məcəlləyə dəyişikliklər ediləcək Bakucity.az xəbər verir ki, müddətli əmək müqavilələrinin maksimal müddəti və iş vaxtından artıq vaxtda işə cəlb edilmə ilə bağlı Əmək Məcəlləsində dəyişikliklərin edilməsi istiqamətində hazırda işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimlinin sözlərinə görə, Azərbaycanda əmək bazarı üzrə göstəricilərin yaxşılaşması üçün təkliflər hazırlanır və aidiyyəti qanunvericiliyin təkmilləşdirilməs...
Ekologiya
Temperatur 8-11 dərəcə olacaq Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. “Səhər duman, çiskin  olacaq. Fevralın 25-də gün ərzində arabir yağış yağacaq, temperatur 8-11 dərəcə olacaq. Rayonlarda isə əs...
Hadisələr
Hadisə zamanı kişi və qadın bərk sərxoş olublar Bakucity.az xəbər verir ki, bu barədə Xətai rayon Polis Şöbəsindən bildirilib. Hadisə fevralın 21-də saat 19:40 radələrində Nobel prospektində yerləşən evlərdən birində baş verib. Qabil adlı şəxs 41 yaşlı Rübabə Nuriyevanın üzərinə kerosin tökərək yandırıb. Baş, boyun və əl nahiyələrindən yanıq travması alan qadın xəstəxanaya yerləşdirilib. Onun ölüm təhlükəsinin olmadığı qeyd edilir.  İnsidentdən sonra qaçıb...
Mədəniyyət
Müasir İncəsənət Muzeyində  un əsərləri sərgilənəcək Bakucity.az xəbər verir ki, fevralın 27-də Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılacaq. Müasir İncəsənət Muzeyində təşkil olunacaq sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsərləri nümayiş olunacaq. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməxsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə...
İdman
Topaz Premyer Liqada 18-ci tura start veriləcək. Bakucity.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. "Qəbələ" öz meydanında "Keşlə"ni qəbul edəcək. Digər matçda isə "Qarabağ" debütant "Sabah"ın qonağı olacaq. Qeyd edək ki, turun daha iki qarşılaşamsı isə sabah keçiriləcək. 23 fevral (şənbə) 14:00.“Qəbələ” – “Keşlə” Hakimlər: Rəşad Əhmədov, Vüqar  Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov  Qəbələ şəhər stadionu 16:30.“Sabah” – “Qarabağ” Hak...
Cəmiyyət
Avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq Bakucity.az xəbər verir ki, fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir. Nişanlanma xətlərinin çəkilməsi prosesi gün ərzində başa çatacaq. Bakucity.az
İdman
UEFA İcraiyyə Komitəsinin Bakıda iclası keçiriləcək  Bakucity.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında 2021-ci ilin avrokubok yarışlarından 3-ü üzrə final matçının ev sahibi açıqlanacaq. Bunlar Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşmalarıdır. Həmin oyunlara təşkilatçılıq istəyi ilə ümumilikdə 7 milli assosiasiyadan müraciət edilib: Avropa Liqası Gürcüstan. B...
Mədəniyyət
Fabio Lepore konsert proqramı ilə çıxış edəcək. Bakucity.az xəbər verir ki, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə İtaliyanın dünya şöhrətli caz musiqiçisi, virtuoz ifaçı Fabio Lepore Bakıda konsert proqramı ilə çıxış edəcək. “Landmark”da reallaşacaq konsertdə ifaçı hit caz nömrələri ilə yanaşı, dünya bəstəkarlarının yaradıcılığına da müraciət edəcək. İtaliyanın ən maraqlı musiqiçilərindən biri olan Fabio Lepore ilk dəfə doğma dilində ifa etdiyi ən...