Bakıda psixoloji müalicə neçəyə başa gəlir? - QİYMƏTLƏR

Çox streslisiniz, bəlkə psixoloji yardıma müraciət edəsiniz?

Müasir həyat tərzinin müsbət xüsusiyyətləri ilə yanaşı, stres kimi mənfi xüsusiyyətləri də var.  Yetərsiz əmək haqqı, rəqabət, həsəd hissi, yuxusuzluq və digər çoxsaylı problemlər insanları stresə salmaq və emosional stabilliyinə təsir etmək iqtidarındadır. Bu problemlərin elmi-tibbi üsulla həlli deyilərkən, ilk növbətə ağla psixoterapiya gəlir. Həqiqətən də bu sahənin mütəxəssisləri insanın mənəvi ağrılarını və problemlərini həll etməyə qabildirlər. Bəs Bakıda psixoloji yardım sahəsində vəziyyət necədir?  Yerli psixoloji yardım mərkəzləri hansı xidmətləri təklif edir və bu xidmətlər neçəyə başa gəlir? BakuCity.az-ın növbəti araşdırması bu haqdadır. 

Bakıda psixoloqlara əsasən kimlər müraciət edir?

Praktiki Psixologiya Mərkəzinin psixoterapevt-psixoloq həkimi Fidan Sadıqova saytımıza  açıqlamasında son vaxtlarda onlara müraciət edənlərin sayının xeyli artdığını qeyd edib.  

 “Psixoloqa yardıma əsasən özünəinamsız, özünü yetərincə qiymətləndirməyən, müxtəlif fobiyaları olan insanlar müraciət edirlər. Biz ailə problemləri ilə də məşğul olur, insanları lüzumsuz boşanmalardan çəkindirməyə çalışırıq. Çox sevindirici haldır ki, bu gün bir çox insanlar öz üzərlərində işləyir, ailələrini xilas etməyə çalışırlar. Bu cür problemlərin həlli üçün mütəxəssis köməyinin lazımsız olduğunun düşünüldüyü dövrlər artıq geridə qalıb”, - deyə ekspert bildirib.

Psixoloqlara inam varmı? 

Fidan Sadıqova bildirir ki, bu gün şəhərimizdə psixoloqların yardımına şübhə ilə yanaşanlara hələ də rast gəlinir:

“Bəzi insanlar psixoloqlara etimad etmir, lakin mən hesab edirəm ki, bəzən onların buna haqqı çatır. Çünki bu sahədə mütəxəssis olmayan insanlara da gəlinir. Yardım almaq istəyən hər bir potensial pasiyent mütəxəssisin təhsili, iş stajı haqqında məlumat almalıdır. Avropa standartlarına görə belə mütəxəssislərin azı 60-80 şəxsi terapiyası olmalıdır. Psixoloq bu barədə müraciətçiyə məlumat verməlidir, bu, etibarlı münasibətlər qurmağa kömək edir”.

“Bir çox insanlar psixoloqu məsləhətçi ilə  qarışıq salırlar., - deyə həkim davam edir,  -  amma biz məsləhət vermirik, biz problemlərin həllini tapmasına kömək edirik. Psixoloq insana xoşbəxt olmağa nəyin mane olduğunu anlamağa yardım edir.  Əgər insanı nəsə narahat edirsə, bundan qorxmaq lazım deyil, - bunu araşdırmaq lazımdır!”

Həkimin sözlərinə görə, paytaxtda psixoloq yardımına maraq artıb:

“Əgər bizdə əvvəllər insanlar ictimai qınaqdan çəkinərək, belə mütəxəssislərə bir az şübhə ilə yanaşırdılarsa, bu gün artıq bu istiqamətdə irəliləyiş var. Bu gün insanlar niyə bizə müraciət etdiklərini və onlara həqiqətən də nəyin kömək ola biləcəyini başa düşürlər". 

Uşaqlara və yeniyetmələrə yardım

Fidan Saqıqova psixoloqa uşaqların hiperaktivlik problemini həll etmək üçün müraciət edənlərin də çox olduğunu bildirir. 

"Bu suallarla bizə müraciət edənlərə izah edirik ki, uşaqlarda 90% hallarda belə davranışa səbəb valideyn səhvlərir. Ona görə də, həm uşaq, həm də valideyn ilə işləmək lazım gəlir.

Autizm, daun sindromu və s. məsələrlə bağlı da  müraciət edənlər var. Adətən belə uşaqlar üçün cəmiyyətə uyğunlaşmaq çətin olur, mütəxəssislər onlara lazımi dəstək göstərməyə çalışırlar”.

Psixoloq-həkim qeyd edib ki, psixologiya sahəsində ən geniş yayılan problemlərdən biri də yeniyetmələrdəki özünəinamsızlıq və qapalılıqdır:

“Hazırda yeniyetmə problemləri kifayət qədər tez - 10 yaşdan etibarən başlayır. Uşaqlarda depressiv vəziyyət, əhval-ruhiyyənin daim dəyişməsi və s. müşahidə olunur. Bu, valideynləri narahat edir, onlar kömək üçün mütəxəssislərə müraciət edirlər. Biz isə, öz növbəsində, problemi həll etmək üçün onlara kömək edirik”, - deyə Sadıqova açıqlamasını yekunlaşdırıb.

Bakıda psixoloji təlimlər

Bəzi psixoloji yardım mərkəzləri təkcə terapiya keçmir,  həm də bütün arzuedənlər üçün təlim kursları təşkil edirlər.  Psixologiya Mərkəzinin mütəxəssisi Svetlana Nəzərova qeyd edib ki, onlar peşəkar təlimlər keçirirlər:

"Belə təlimlər, ilk növbədə, insanların özlərini yaxşı anlamasına kömək edir. Bundan başqa, bizə ixtisasartırma üçün müraciət edən psixoloqlara Moskva Psixoterapiya İnstitutunun psixoloqları təlim keçirilər. Təlimin dörd kursu 100 manata başa gəlir. Qeyd etmək istərdim ki, son zamanlar hətta regionlarda yaşayan insanlar da psixoloqlara müraciət etməyə başlayıblar”, - deyə Nəzərova məlumat verib.

“USLClub” mərkəzinin rəhbəri, psixoterapevt Lalə Akif onlarda uşaq, yeniyetmə və böyüklər üçün psixokorreksiya istiqamətində təlimlər keçirildiyinin bildirib. Bu mərkəzə Rusiyadan da  mütəxəssislər gəlir:

“Bizə Rusiya NLP ali məktəbinin mütəxəssisi gəlib və hipnoz üzrə təlimlər keçib”, - deyə psixoterapevt qeyd edib.

"Oratio" psixoloji mərkəzinin meneceri Lətafət Namazova isə qeyd edib ki, onlar “Tomatis”, “Forbreyn” kimi beynəlxalq proqramlar əsasında işləyirlər. Bakıda yalnız bu mərkəzdə 6 yaşdan 16 yaşadək uşaqların şəxsiyyət tipini müəyyənləşdirmək üçün tətbiq olunan “DISC” testindən istifadə olunur. 

Yazıya yekun vurarkən oxucularımıza Bakıda fəaliyyət göstərən psixologiya mərkəzlərindəki xidmətlər və qiymətlər barədə məlumat veririk:

Psixologiya mərkəzi

Böyüklər üçün konsultasiya

Uşaqlara kömək

Ailəvi konsultasiya

“Praktik Psixolgiya Mərkəzi”

40 AZN

30AZN

50 AZN

“Psixolgiya Mərkəzi”

40 AZN

30 AZN

50 AZN

“USL Club”

100 AZN

10 AZNdan 100 AZNadək

100 AZN

“Oratio Psixolgiya Mərkəzi”

30 AZN

30 AZN

50 AZN

“PSC Psixolgiya Mərkəzi”

50 AZN

50 AZN

100 AZN

Bakucity.az 

Araşdırma Bakıda Psixologiya xidmətləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Fondun Bakı şəhər İdarəsi isə Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakı...
Kriminal
Paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən BakuCity.az-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən...
Siyasət
"Biz sosial şəbəkələrə göz yummaqda maraqlı deyilik" Sosial şəbəkələr olmasaydı, məntəqələrin 98 faizində seçkilər yaxşı keçməzdi. BakuCity.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib. Həmçinin oxu: MSK daha 7 məntəqənin nəticələrini etibarsız saydı O qeyd edib ki, bu, çox gözəl bir vasitədir: “Sosial şəbəkələrin imkanı çox genişdir. Eyni zamanda çox əsaslı bir mənbədir. Biz sosial şəbəkələrə göz y...
Siyasət
Lider namizəd Mixail Zabelindir Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb. BakuCity.az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov deyib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, 35 protokol təqdim ediblər: Həm...
Cəmiyyət
Proqram eyni olsa da, qiymətlər fərqlidir Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlamlığın yolu isə düzgün qidalanmaqla yanaşı, birbaşa idmandan keçir. Paytaxt sakinləri arasında idmana olan maraq isə yüksəkdir. Buna sübut olaraq şəhərdə fəaliyyət göstərən idman zalları, fitnes klublar və bu tipli müxtəlif salonların getdikcə çoxalmasını göstərmək olar. Bu, insanların özünə olan diqqətinə, qayğısına da işarədir və istənilən halda yaxşı göstəricidir. Mə...
Hadisələr
Hadisə Xocalı prospektində qeydə alınıb Bakıda çoxmərtəbəli binada pəncərə şüşəsini silən qadın həyatını təhlükəyə atıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, yeni tikilinin 9-cu mərtəbəsində yaşanmış təhlükəli anları lentə alan "Report"un oxucusu həmin görüntüləri redaksiyamıza göndərib. Görüntülərdən məlum olur ki, binada təmizlik işləri apa...
Mədəniyyət
"Atamla fəxr edirəm" Xalq artisti Rafael Dadaşovun oğlu Emil Dadaşov ilk dəfə efirdə görünüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Şou ATV" verilişinə açıqlama verən 50 yaşlı Emil atası, bacısı və xalası ilə fəxr etdiyini bildirib: "Atamla fəxr edirəm. Hər zaman ondan ibrət dərsi götürmüşəm".  50 yaşlı Emil bir oğul atasıdır. O, Xalq artisti ilə bir evdə yaşayır. BakuCity.az
Cəmiyyət
Qəzaların 80 faizi sürücü diqqətsizliyi ucbatından baş verib Dövlət Yol Polisi sükan arxasında diqqəti olmaq barəsində yeni sosial çarx hazırlayıb. BakuCity.az xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək...
Cəmiyyət
Boşaldılmış evlər digər məcburi köçkün ailələrinə veriləcək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib. Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köç...