Bakıda məktəblilərin olduğu avtobus ağır qəzaya uğradı

Bakıda məktəblilərin olduğu avtobus ağır qəzaya uğradı, Javid

Ciddi xəsarət alanlar var.

Bakucity.az xəbər verir ki, dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Binəqədi rayonu, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

217 nömrəli tam orta məktəbdən verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək. Xəbəri Trend yayıb. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər