Metropolitendən açıqlama verilib
Bakucity.az xəbər verir ki, ötən gün Nizami metrostansiyasında qatarda bir oğlan qızı təpiklə vurub.
Daha sonra qolundan itələyərək ona xəsarət yetirib. Nəticədə qızın dodağı partlayıb.
Məsələ ilə əlaqədar açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, baş vermiş hadisə ilə bağlı Bakı metropoliteni üzrə polis şöbəsində təhqiqat araşdırma aparılır”. Xəbəri open.az yayıb.
Bakucity.az