Bakıda qəzaya uğrayan avtobusda xəsarət alanların adları bilindi

Bakıda qəzaya uğrayan avtobusda xəsarət alanların adları bilindi, Javid

Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Bakucity.az xəbər verir ki, Bakıda məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Qobu qəsəbəsində qəzaya uğrayan avtobusda 10 şagird və bir neçə valideyn olub. Onlardan 2004-cü il təvəllüdlü Əsgərov Mehman Cəbrayıl oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Nümunə Əlikram qızı və 1952-ci il təvəllüdlü Əkbərova Zöhrə Niftalı qızı ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyəti ilə bağlı xəstəxanadanverilən məlumata görə, hər üç şəxs kəllə-beyin travması ilə daxil olub. Əsgərov Mehmanın vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş qəza nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.Məlumatı Trend verib. 

Bakucity.az 

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər