Bakıda sürücü avtomobili piyadanın üstünə sürdü - VİDEO

Bakıda sürücü avtomobili piyadanın üstünə sürdü - VİDEO, Javid

Qadın sürücü heç nə olmamış kimi hərəkət edib

Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhərinin Yasamal rayonunda qadın sürücünün törətdiyi qayda pozuntusunun görüntüləri yayılıb.

Səhər saat 07:48 radələrində Bəxtiyar Vahabzadə və Şəfaət Mehdiyev küçələrin kəsişməsində 10 TX 857 dövlət qeydiyyat nişanlı “JEEP” kobud şəkildə yol qaydalarını pozaraq qoşa xətti tapdayıb.

Qarşı yola çıxan qadın piyada keçidində hərəkətdə olan gənc oğlanın yolu keçməsinə imkan verməyərək maşını onun üstünə sürüb. Bu zaman maşın gəncə toxunub, qadın sürücü isə heç nə olmamış kimi yoluna davam edib. Xəbəri Publika.az yayıb. 

Bakucity.az

sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər