Bakıda bələdiyyə sədri məhkəmə zalında həbs olundu

Bakıda bələdiyyə sədri məhkəmə zalında həbs olundu

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon Məhəmmədi kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyənin keçmiş üzvü Nazim Pənahovun cinayət işi hakim Əlövsət Abbasovun sədrliyi ilə başa çatıb.

V.Nəbiyev vəzifəsindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpağı zərərçəkmişə satacağını deyərək, ondan 23 min manat alıb və vədinə əməl etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, V.Nəbiyevə şərti cəza verilib.

Bakucity.az

bələdiyyə sədri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər