Layihə hazırlıq mərhələsindədir
Bakucity.az xəbər verir ki, Türkiyənin İzmir limanı dəmir yolu vasitəsilə Bakı-Tbilisi-Qars dəmiryol dəhlizi ilə birləşdiriləcək. Layihə hazırlıq mərhələsindədir.
Bu barədə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, İzmir limanının BTQ ilə birləşdirilməsi Türkiyə ərazisində yük daşımalarının artmasına təkan verəcək.
Bakucity.az