Bakı Nəqliyyat Agentliyi açıqlama verib
Bakucity.az xəbər verir ki, 119 nömrəli marşrut avtobusunun aşması nəticəsində 9 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardımın 12 briqadası gəlib.
Xəsarət alanlardan iki nəfər Respublika Kliniki Xəstəxanaya, digərləri isə Tibbi Kliniki Mərkəzə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Sərnişin avtobusunun hansı səbəbdən aşdığı məlum olub.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev qəzanın 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusunun qarşısına qəfil minik avtomobilinin çıxması səbəbindən baş verdiyini bildirib.
Sosial şəbəkələrdə qəzanın baş verdiyi yerdə çəkilmiş video yayılıb. Xəbəri Oxu.az yayıb.