Bakıda taksi qəza törətdi: dörd sərnişin yaralandı - FOTO

Bakıda taksi qəza törətdi: dörd sərnişin yaralandı - FOTO

“Nobel” prospektində ağır yol-qəza hadisəsi baş verib

Bakucity.az xəbər verir ki, səhər saat 04:30 radələrində paytaxtın “Nobel” prospektində ağır yol-qəza hadisəsi baş verib. 

“Toyota” markalı, 10 VA 309 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolkənarı səkiyə çırpıb. 

Qəza zamanı taksidə olan dörd nəfər - 1992-ci il təvəllüdlü Hüseynov Şahin Akif oğlu, 1982-ci il təvəllüdlü Əsədov Rasim Nemət oğlu, 1980-ci il təvəllüdlü Cəfərov Zaur Tahir oğlu və 1988-ci il təvəllüdlü Əliyev Firudin Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. 

Hazırda vəziyyətləri qənaətbəxşdir.

Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Xəbəri oxu.az yayıb. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər