Sürücülərin nəzərinə: Bakıda bu yol bağlanır - FOTO

Sürücülərin nəzərinə: Bakıda bu yol bağlanır - FOTO, Javid

Sürücülərin alternativ yollardan yararlanması xahiş edilir

Bakucity.az xəbər verir ki, bu gündən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə yol bağlanacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) apardığı təmir işləri ilə əlaqədar bu gündən paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanacaq. 

Bu barədə AAYDA-dən bildirilib.

Qurum sürücülərdən bunu nəzərə almalarını və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrindən istifadə etmələrini xahiş edib, eləcə də yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib.

Bakucity.az

Sürücü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər